Ru
21:02 / 13 Fevral 2026

Pensiyaya çıxanların NƏZƏRİNƏ

Pensiyaya çıxanların NƏZƏRİNƏ
Eye

Azərbaycanda 2026-cı il üçün pensiya kapitalının məbləği məlum olub.
Bakupost.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Yeni Sabah”ın sorğusuna cavab olaraq, bu il pensiyaya çıxmaq üçün lazım olan kapitalın məbləğinin 46080 manat olduğunu bildirib.

Qeyd olunub ki, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda da pensiya təyinatı şəxsin sosial sığorta sisteminə vermiş olduğu paya uyğun həyata keçirilir:

“Pensiya yaşına çatmış şəxsin fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı hər ay minimum pensiya məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə (stajının nə qədər olmasından asılı olmayaraq) yaşa görə pensiya hüququ yaranır. Lakin müvafiq məbləğdə pensiya kapitalı olmayan şəxs azı 25 il sığorta stajına malikdirsə, yenə də yaşa görə pensiyası hüququ yaranır”.

Fonddan verilən məlumata görə, müvafiq məbləğdə pensiya kapitalı və azı 25 il sığorta stajı olmayan şəxsin də əgər 01.01.2006-cı ildən 01.01.2018-ci ilədək dövrdə fərdi şəxsi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı və azı 1 il sığorta stajı varsa, bu zaman da ona güzəşt olaraq 24 il sığorta stajı hədiyyə edilməklə, stajı 25 ilə çatdırılır və pensiya hüququ yaranmış olur:

“Hər ilin əvvəlində dövlət başçısının Sərəncamı ilə həm pensiyalar, həm də fərdi hesablardakı pensiya kapitalları indeksləşdirilərək artırılır. Yəni, fərdi hesablardakı pensiya kapitalları yalnız hər ay əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırılır.

Məsələn, fərdi hesablardakı pensiya kapitalları 2020-ci ildə 2,6%, 2021-ci ildə 2,8%, 2022-ci ildə 6,7%, 2023-cü ildə 13,9%, 2024-cü ildə 8,8%, 2025-ci ildə 2,2%, bu il isə 5,6 % indeksləşdirilərək artırılıb. Pensiyalarda olduğu kimi, fərdi hesablardakı pensiya kapitallarının artırılması da elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Həm ötən il, həm də bu il ölkə üzrə vətəndaşların pensiyaya çıxması üçün qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat təşkil edir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar