Peyk görüntüləri İranda ABŞ zərbələri nəticəsində zədələnmiş bəzi nüvə obyektlərində təmir işlərinin aparıldığını göstərir.
"Bakupost" xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Kanal bildirir ki, son həftələr ərzində bir neçə ərazidə bərpa işlərinin aparıldığına işarə edən əlamətlər müşahidə olunub. İyun və iyul aylarında Parçin hərbi obyektində ABŞ-ın beton deşən bombaları nəticəsində zədələnmiş müdafiə qurğularının təmiri istiqamətində işlər görülmüş ola bilər.
Xatırladılıb ki, bu ilin əvvəlində ABŞ ilə əldə olunmuş memorandum çərçivəsində İranın Vaşinqtonla sonrakı danışıqlar dövründə nüvə proqramı ilə əlaqəli obyektlərdə təmir işlərini dayandırması nəzərdə tutulurdu.
İran rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.
İran da ABŞ kimi müstəqilcə nüvə tədqiqatlarının (saflaşdırmanın) mülki təyinatlı enerji məqsədini dəfələrlə bəyan etməyibmi? İslami Respublika İiranın beynəlxalq aləmə sıçrayışı, elə dünyəvi Güclü ABŞın Fələstinin ərazi bütövlüyünü rəsmən qəbul edilmiş sərhəddi üzrə İsrailin hərbi işğalından mühafizə (hüquqən müdafiə) etməməsi səbəbli başlanmayıbmı?