Ru
13:06 / 06 Oktyabr 2026

Pezeşkian: "ABŞ ilə danışmağın mənası yoxdur"

Pezeşkian: "ABŞ ilə danışmağın mənası yoxdur"
Eye

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlar aparmağın mənasız olduğunu bildirib.

“Bakupost” xəbər verir ki, Pezeşkian ABŞ-nin İrana qarşı sanksiyalar tətbiq etdiyini, razılaşmaları pozduğunu və danışıqlar zamanı ölkəsinə hücumlar təşkil etdiyini deyib.

Onun sözlərinə görə, İranın ABŞ ilə əsas problemi hər danışıqlar masasında ölkəsinə müharibənin “diqtə edilməsi”dir. Pezeşkian Vaşinqtonun danışıqlar zamanı İrana üç dəfə hücum etdiyini və bunun ABŞ-nin dialoq deyil, İranı zəiflətmək məqsədi güddüyünü göstərdiyini iddia edib.

Pezeşkian həmçinin Tehranın nüvə fəaliyyətləri ilə bağlı şəffaf olduğunu və İranın Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən ən çox yoxlanılan ölkələrdən biri olduğunu bildirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar