İran Prezidenti Məsud Pezeşkian və Pakistan Baş naziri Şahbaz Şərif arasında görüş keçirilib.
"Bakupost" xəbər verir ki, bu barədə Ş.Şərif X səhifəsində yazıb.
Tərəflər Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir araya gəliblər.
Rəsmilər Pakistan və İran arasında dərin və uzunmüddətli əlaqələri, eləcə də qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi istəklərini bir daha təsdiqləyiblər.
“Həmçinin regionda dəyişən vəziyyətlə bağlı mühüm fikir mübadiləsi apardıq. Pakistanın uzunmüddətli münaqişədən dərin narahatlığını bir daha ifadə etdim və təmkin, gərginliyin azaldılması və davamlı diplomatiyanın təcili zəruriliyini vurğuladım”, - deyə Şərif bildirib.