Ru
21:12 / 10 Avqust 2026

Pezeşkian Xamenei ilə yeddi saatlıq görüşün DETALLARINI AÇIQLADI

Pezeşkian Xamenei ilə yeddi saatlıq görüşün  DETALLARINI AÇIQLADI
Eye

İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına müsahibəsində Ali lider Müctəba Xamenei ilə son görüşündən danışıb. Pezeşkian bildirib ki, görüş təxminən yeddi saat davam edib və bu müddət ərzində ölkənin bütün cari məsələləri müzakirə olunub.

"Bakupost" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

O, Xameneinin fiziki cəhətdən tam sağlam olduğunu deyib. İran prezidentinin sözlərinə görə, görüşdə əhalinin dolanışığı, məşğulluq və mənzil təminatı, habelə, sanksiyaların yaratdığı problemlər, hökumətin və xalqın mövqeyi, xalqın dəstəyi, birlik və həmrəylik məsələləri müzakirə edilib.

Dövlət başçısı qeyd edib ki, Xameneinin sözlərinə görə, düşmənin bütün planı nifaq və fikir ayrılığı yaratmağa yönəlib və birliyi pozacaq ifadələrdən çəkinmək lazımdır.

O, sonda İran xalqına səslənərək deyib: "Əziz İran xalqı! Əgər çətinliklər zamanı hər hansı səhlənkarlıq və çatışmazlıq görürsünüzsə, bilin ki, biz buna görə xəcalət çəkirik və bütün varlığımızla sizin xidmətinizdəyik".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar