Bu gün İran prezidenti Məsud Pezeşkian Qazaxıstana səfəri zamanı Nazarbayev Universitetinin fəxri doktoru adına layiq görülüb.
Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, təqdimat mərasimində çıxış edən Pezeşkian professorlar və tələbələrlə bir arada olmaqdan məmnunluğunu bildirib və universitetin tibb sahəsində bölgənin aparıcı elm mərkəzlərindən biri olduğunu vurğulayıb.
Prezident çıxışında qeyd edib ki, İran və Qazaxıstanın həm “şanlı keçmişi”, həm də “parlaq gələcəyi" var. “Minillər əvvəl İbn Sina, Fərabi, Xarəzmi və Biruni dünya sivilizasiyasının inkişafına təsir göstərirdisə, bu gün iranlılar və qazaxlar müasir tibb, vaksinlər, rəqəmsal səhiyyə və yeni texnologiyalar sahəsində bu yolu davam etdirə bilərlər”, – deyə o, bildirib.