Ru
15:11 / 30 İyul 2025

Pezeşkiandan Zəngəzur dəhlizinə dəstək

Pezeşkiandan Zəngəzur dəhlizinə dəstək
Eye

"Prezident Məsud Pezeşkianın Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşdə etdiyi çıxışının mətni İran prezident administrasiyanın saytında dərc olunub. “Anadolu” agentliyinin (AA) verdiyi xəbərə görə, Pezeşkian çıxışında qonşular və region ölkələri ilə əlaqələrin əhəmiyyətinə toxunub və bu kontekstdə Zəngəzur dəhlizini “şimal-qərbdəki sərhəd keçidi” adlandıraraq bu məsələni şərh edib".

Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Elbəyi Həsənli bildirib.

O, daha sonra Peşeşkiandan bu sözləri sitat gətirib:

"Qonşularımız və regional ölkələrlə əlaqələrimizi və əməkdaşlığımızı geniş perspektivdən nəzərdən keçirdikdə, ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi təfərrüatlı məsələlərdən narahat olmağa ehtiyac yoxdur.

Biz qonşularımızla münasibətlərimizə sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatlarımızı hərtərəfli birləşdirmək çərçivəsində yanaşmalıyıq. Biz həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdən keçirməliyik".

E.Həsənli İran İslam İnqilabı rəhbərinin baş müşaviri Əli Əkbər Vilayətinin isə gecə-gündüz Zəngəzur dəhlizinin əleyhinə danışdığını vurğulayıb:

"Məsud Pezeşkianın çıxışı bir daha göstərir ki, İranın molla rejimi ilə xalqın seçdiyi prezident arasında bir çox məsələlərə yanaşmada kəskin fərq var. Bu fərq Zəngəzur dəhlizi məsələsinə münasibətdə də özünün tam çılpaqlığı ilə göstərir"...

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar