Ru
19:10 / 19 Avqust 2026

“Pezeşkianın Əliyevə etdiyi bir zəng vəziyyəti tamam dəyişdi”

“Pezeşkianın Əliyevə etdiyi bir zəng vəziyyəti tamam dəyişdi”
Eye

İranın xarici işlər naziri Abbas Əraqçi İran və Azərbaycan prezidentləri arasındakı əlaqələri yüksək qiymətləndirib.

"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

A.Əraqçi qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə ilə son telefon danışığından sonra iki ölkənin münasibətlərində yeni səhifə açılıb:

"Məsud Pezeşkianın Azərbaycan Prezidentinə etdiyi bir telefon zəngi vəziyyəti tamamilə dəyişdi. Bu kimi məqamlar onun dialoq və qarşılıqlı təmas yolu ilə nailiyyətlər əldə etməyə olan inamını daha da möhkəmləndirdi. Məncə, o, bu baxımdan, artıq xarici siyasətin nəzəriyyəçisinə çevrilib”.

Xatırladaq ki, daha əvvəl Pezeşkian Azərbaycanın ən çətin günlərdə İrana yardım etdiyini bildirib. Prezident İlham Əliyev ölkəmiz haqqında söylədiyi xoş və səmimi sözlərə görə Pezeşkiana təşəkkür edərək, Azərbaycanın qardaş İran xalqının yanında olduğunu bir daha özünü göstərdiyini vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar