İran Prezidenti Məsud Pezeşkian su böhranının idarə olunmasına həsr olunmuş Dövlət–Universitet Əməkdaşlıq Şurasının iclasına qeyri-rəsmi geyimdə - qısaqol polo köynəklə qatılıb və enerji sərfiyyatına qənaət etmək məqsədilə iştirakçılara kondisionerlərin temperaturunu azaltmaq əvəzinə pencəklərini çıxarmağı təklif edib.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu addım sosial mediada geniş müzakirələrə səbəb olub.