Ru
16:00 / 14 İyul 2026

Pilot səmada çox darıxarsa... - FOTO

Pilot səmada çox darıxarsa... - FOTO
Eye

İngiltərədə qeyri-adi uçuş diqqət çəkib. Bir pilot sınaq uçuşu zamanı səmada “darıxıram” yazıb.

“Bakupost” xəbər verir ki, görüntülər qısa zamanda sosial mediada yayılıb. Uçuş izləmə tətbiqlərində görünən marşrut böyük maraq doğurub.

“Ravenair” şirkətinə məxsus Piper Tomahawk tipli yüngül təyyarə şənbə günü saat 11:30-da Liverpuldan havaya qalxıb. Təxminən iki saat davam edən uçuş zamanı təyyarə müxtəlif istiqamətlərdə manevr edib.

Şirkətin əməliyyat meneceri Ueyn Barrett bildirib ki, pilot sadəcə vaxt keçirmək istəyib. Onun sözlərinə görə, bu cür yazını səmada yaratmaq ustalıq tələb edir.

Şirkət təyyarənin bütün yoxlamalardan uğurla keçdiyini açıqlayıb.


Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar