Ru
14:20 / 30 Sentyabr 2026

Pilotlar bu ölkələrin vətəndaşları imiş - Yeni versiya

Pilotlar bu ölkələrin vətəndaşları imiş  - Yeni versiya
Eye

BƏƏ-dən Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus təyyarənin pilotunun biri BƏƏ, digəri isə Oman vətəndaşı olub. Pilotların rus və ukraynalı olmaları barədə məlumat doğru deyil.

"Bakupost" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Oman vətəndaşı olan ikinci pilot kapitana hücum edib.

Hazırda pilotlar barəsində istintaq başladılıb. İsrail baş vermiş hadisəni terror aktı kimi qiymətləndirib.

Araşdırma başa çatana qədər hər iki pilotun uçuş hüququ müvəqqəti olaraq dayandırıla bilər. Əgər onlardan birinin təyyarəni qəsdən yerə doğru yönəltməyə çalışdığı təsdiqlənərsə, həmin şəxs ciddi ittihamlarla üzləşə bilər.

Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi bildirilib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar