Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində yanğın hadisəsi baş verib.
"Bakupost" xəbər verir ki, bu barədə hadisə şahidləri Bizim.Media-ya bildiriblər.
Məlumata görə, hadisə Pirşağı körpüsünün yaxınlığında, plastik çənlər yığılan ərazidə baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş davam edir.