Ru
12:26 / 17 Oktyabr 2025

Polis Yasamaldakı atışma ilə bağlı 2 nəfəri saxladı

Polis Yasamaldakı atışma ilə bağlı 2 nəfəri saxladı
Eye

Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Bakupost.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov və 38 yaşlı Rüfət Həziyev saxlanılıb.

Həmin şəxslərdən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.

Bildirilib ki, oktyabrın 16-sı Yasamal rayonu ərazisində güllələnən şəxslər əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub. Onlar ayaq nahiyələrindən xəsarət alıb və həyatlarına təhlükə yoxdur.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar