Ru
13:42 / 28 İyun 2026

Polkovnik Fəxriyev Krımda öldürüldü

Polkovnik Fəxriyev Krımda öldürüldü
Eye

Krımda terror aktı cəhdinin təşkilində iştirak edən Ukrayna Baş Kəşfiyyat İdarəsinin polkovniki Rüstəm Fəxriyev məhv edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya güc strukturlarına istinadla məlumat yayıb.

“O, Krım Tatar Xalqı Məclisinin fəalı idi, 2014-cü ildə Krım Nazirlər Şurasının binasını zorla ələ keçirmək cəhdində iştirak etmiş, "Əsgər" batalyonunun, daha sonra isə "Donbas-Ukrayna"nın üzvü olub”, - məlumatda qeyd olunub.

Bildirilib ki, 2025-ci ilin dekabrın 1-də Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı sui-qəsd cəhdini təşkil edən Fəxriyev olub.

Rüstəm Fəxriyevin bu ilin mayın 18-də öldürüldüyü qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar