Polşa prezidenti Karol Navrotski etiraf edib ki, o, mütəmadi olaraq Polşa-Litva Birliyinin ilk marşalı Yuzzef Pilsudskinin ruhu ilə danışır.
Bakupost.az xəbər verir ki, Polşa rəhbəri bu barədə Radio Zet-də bildirib.
Jurnalist ona prezident iqamətgahlarından biri olan Varşavadakı Belveder sarayı ilə bağlı sual verib. Navrotski deyib ki, "burada yaşamaq olduqca xoşdur" və o, həyat yoldaşı ilə birlikdə "bir müddət" orada qalmağı planlaşdırır.
Prezidentə saraydakı “Pilsudskinin ruhu” haqda da sual verilib.
"Biz demək olar ki, hər gün bir-birimizlə danışırıq. Dəfələrlə danışmışıq - 1920-ci il Polşa-Sovet müharibəsi və Ukraynada müharibə başlayandan sonra hazırkı beynəlxalq vəziyyət, həmçinin parlament haqqında da danışırıq", - Navrotski bildirib.
Qeyd edək ki, 1918-ci ildə Polşa müstəqilliyini bərpa etdikdən sonra Belveder sarayı Pilsudskinin iqamətgahına çevrilib. 1935-ci ildə o, qaraciyər xərçəngindən ölüb.
Zaur, BakuPost