Ru
13:09 / 18 Sentyabr 2026

Polşada Azərbaycana qarşı “bayraq” təxribatı - VİDEO

Polşada Azərbaycana qarşı “bayraq” təxribatı  - VİDEO
Eye

Polşada Azərbaycana qarşı daha bir təxribat törədilib. Bəzi marketlərdə üzərində separatçı rejimin bayrağı olan məhsullar satışa çıxarılıb.

"Bakupost" xəbər verir ki, bir müddət əvvəl Varşavada mağazaya daxil olan həmyerlimiz Elnur İbişov satışda olan məhsullardan birinin üzərində keçmiş separatçı rejimin bayrağının təsvir edildiyinin şahidi olub.

Elnur İbişov məhsulu Polşanın “Henry Studio” şirkətinin istehsal etdiyini öyrənib. Həmyerlimiz şirkətə faktlara əsaslanan şəkildə etiraz məktubu göndərib. Məktubda şirkətdən bu yanlışlığın düzəldilməsini, həmin təsvirin məhsuldan çıxarılmasını və gələcək nəşrlərdə Azərbaycanın ərazi bütövlüyünün düzgün əks etdirilməsini tələb edib.

Soydaşımız məhsulun satışa çıxarılmasına da etiraz edib və aidiyyəti qurumlara müraciət ünvanlayıb. Bildirilib ki, Polşada müvafiq tədbirlər görülüb, həmin məhsulun satışı dayandırılıb və dövriyyədən çıxarılacaq. İstehsalçı belə halın bir daha təkrarlanmayacağına təminat verib. Bu hadisə isə bir daha göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ həqiqətləri hər bir azərbaycanlı üçün həssas məsələdir. Belə hallara qarşı prinsipial mövqe nümayiş etdirmək tarixi ədalətin qorunmasına xidmət edir.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar