Polşada keçiriləcək beynəlxalq hava nümayişinə hazırlıq zamanı F-16 tipli hərbi təyyarə qəzaya uğrayıb.
Bakupost.az xəbər verir ki, hadisə ölkənin mərkəzində yerləşən Syemoniyak şəhərində baş verib. Rəsmi məlumatı Xüsusi Xidmətlər üzrə Koordinator Tomaş Syemoniyak açıqlayıb.
Onun sözlərinə görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.