Almaniyanın lüks avtomobil istehsalçısı “Porsche” satışların azalması fonunda təxminən 9 min əməkdaşını ixtisar etməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, şirkət işçi sayını azaltmaqla yanaşı, maaşların azaldılması variantını da nəzərdən keçirir.
Məlumata görə, “Porsche”nin satışları bu ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalıb.
Şirkət həmçinin xərclərin optimallaşdırılması üçün xüsusilə tədqiqat və inkişaf (R&D) bölməsində ixtisarlara gedəcək və yeni modellərin hazırlanmasında “Audi” ilə əməkdaşlığı genişləndirəcək.
Bununla yanaşı, “Porsche” yeni üç cərgəli SUV modeli və hiperavtomobil layihəsi üzərində işi davam etdirəcəyini bildirib.
Vüsalə Hüseynova,
BakuPost