Ru
11:10 / 26 Sentyabr 2026

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik
Eye

Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir, onu bir gündə sıfırlamaq da olar.


"Bakupost" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanda çox mühüm siyasi və iqtisadi sabitlik mövcuddur:

"Artıq Azərbaycanda 30 ildən çoxdur ki, bu istiqamətdə mühüm proseslər gedir. 90-cı illərdə, xüsusilə 90-cı illərin əvvəllərində, ərazimizin böyük bir hissəsi işğal altında idi və təxminən bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Bu da ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərirdi. Amma bu gün Azərbaycanın siyasi və iqtisadi vəziyyəti çox mühüm amildir. Digər mühüm amil isə bizim maliyyə imkanlarımızın çox güclü olmasıdır. Artıq xarici borcumuz çox aşağı səviyyədədir. Biz onu bir gündə sıfırlaya bilərik".

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar