Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
1. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; 2025, № 4 (I kitab), maddə 340, № 6, maddə 561, № 7, maddə 633, № 11, maddələr 1036, 1038; 2026, № 1, maddələr 24, 41, № 3, maddə 237; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 661 nömrəli və 8 may tarixli 663 nömrəli fərmanları) 4-cü hissəsindən “208-ci (Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama),” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. yayılması qadağan edilən informasiyanın süni intellekt texnologiyaları və digər texniki vasitələrin köməyi ilə avtomatik aşkarlanmasını və internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə “Yayılması qadağan edilən informasiyaya nəzarət” informasiya sisteminin yaradılması barədə təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yayılması qadağan edilən informasiyanın süni intellekt texnologiyaları və digər texniki vasitələrin köməyi ilə avtomatik aşkarlanması və internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qarşısının alınması üçün tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Yayılması qadağan edilən informasiyaya nəzarət” informasiya sisteminin yaradılması, aparılması və saxlanması xərclərinin, həmçinin bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan tapşırığın icrasının maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görsün.
5. Bu Fərmanın 1-ci hissəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
***
Prezident İlham Əliyev “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169 (Cild I); 2024, № 12 (II kitab), maddə 1359; 2025, № 6, maddələr 541, 546) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.7-2-ci və 2.26-cı bəndlərdə “Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözləri “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətləri” sözləri ilə əvəz edilsin;
1.2. 2.25-ci bənddə “Regional Su Meliorasiya Xidməti” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddələr 1018, 1023, № 12 (I kitab), maddə 1154; 2026, № 1, maddə 35, № 2, maddələr 123, 125; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 689 nömrəli və 25 iyun tarixli 697 nömrəli fərmanları) 1.38-ci bəndində “Regional Su Meliorasiya Xidməti” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
3. “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 851 (Cild I); 2024, № 8, maddə 937; 2025, № 6, maddə 541) 3-cü hissəsinin birinci abzasında “tabeliyindəki Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözləri “tabeliyində olan “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətləri” sözləri ilə əvəz edilsin.
4. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 187 (Cild I); 2025, № 6, maddə 541) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.1-ci bənddə “tabeliyindəki Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözləri “tabeliyində olan “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətləri” sözləri ilə əvəz edilsin;
4.2. 3.2-ci bənddə “tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə” sözləri “tabeliyində olan “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətlərinə” sözləri ilə əvəz edilsin.
5. “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 9, maddə 817, № 11, maddə 1018, № 12 (I kitab), maddə 1151; 2026, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 673 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 29.15-ci və 29.23-cü bəndləri ləğv edilsin;
5.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” üzrə:
5.2.1. aşağıdakı məzmunda 27-1-ci hissə əlavə edilsin:
“27-1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə:
27-1.1. Aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri;
27-1.2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri və onun müavinləri;
27-1.3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru və onun müavinləri;
27-1.4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru və onun müavinləri.”;
5.2.2. 59-cu və 67-ci hissələr ləğv edilsin;
5.2.3. 106-cı hissəyə “Dövlət Xidmətinin,” sözlərindən sonra “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin,” sözləri əlavə edilsin və həmin hissədən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin,” sözləri çıxarılsın;
5.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 29.7-ci və 29.12-ci bəndləri ləğv edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 fevral tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 98 (Cild I); 2025, № 6, maddə 541; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 16-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 16.1-ci bənddə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin” sözləri “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin;
6.2. 16.2-ci bənddə “Regional Su Meliorasiya Xidmətinin” sözləri “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; 2025, № 1, maddə 29, № 3, maddə 224, № 7, maddə 662, № 11, maddə 1018; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 40-2-ci hissəsi ləğv edilsin.
8. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248 (Cild I); 2025, № 6, maddə 541; 2026, № 2, maddə 128) 11-ci hissəsində “tabeliyindəki Regional Su Meliorasiya Xidməti” sözləri “tabeliyində olan “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
9. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821, № 9, maddə 1005, № 11, maddə 1205; 2025, № 2, maddə 129, № 4 (I kitab), maddə 343, № 10, maddə 900) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 6-cı hissə üzrə:
9.1.1. 6.2-ci, 6.3-cü və 6.8-ci bəndlər ləğv edilsin;
9.1.2. 6.9-cu bənddə “5.2-ci, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin” sözləri “5.4-cü bəndində nəzərdə tutulan publik hüquqi şəxsin” sözləri ilə, “onların” sözü “onun” sözü ilə əvəz edilsin;
9.2. 7-ci hissənin birinci abzasında “5-ci hissəsində” sözləri “5.4-cü bəndində” sözləri ilə, “şəxslərin” sözü “şəxsin” sözü ilə əvəz edilsin;
9.3. 10.3-cü bəndindən “, habelə bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin” sözləri çıxarılsın;
9.4. 10.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri vasitəsilə yerinə yetirilən meliorasiya və irriqasiya tədbirlərinin icrası zamanı onlarla əlaqəli istifadə olunan və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) artırıldığı hallarda, Agentliyin tabeliyində olan “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin gəlir və xərcləri nəzərə alınmaqla, həmin tədbirlərin maliyyələşdirilməsi xərclərində müvafiq artımların nəzərə alınmasını təmin etsin.”;
9.5. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
9.5.1. 5.5.4-cü yarımbəndə “müəyyən” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin;
9.5.2. 5.5.5-ci yarımbəndə “Agentliyin” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
10. Bu Fərmanın 5.1-ci bəndi, 5.2.1-ci (“Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 27-1.1-ci və 27-1.2-ci bəndlərinə münasibətdə), 5.2.2-ci, 5.2.3-cü yarımbəndləri və 5.3-cü bəndi istisna olmaqla, bu Fərman “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.
***
Prezident İlham Əliyev “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 2, maddə 119) 3.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3.2-ci yarımbəndə “sədrinin” sözündən sonra “və digər üzvlərinin” sözləri əlavə edilsin.
2. 3.3.3-cü yarımbənd ləğv edilsin.