Ru
13:45 / 22 İyul 2026

Prezident İlham Əliyevin Almaniya səfəri: Rusiya niyə qıcıqlanır?

Prezident İlham Əliyevin Almaniya səfəri: Rusiya niyə qıcıqlanır?
Eye

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri başa çatdı. Səfər çərçivəsində Azərbaycan Prezidenti Almaniya Prezidenti Franq-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə görüşüb. Səfər fonunda tərəflər arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalanıb. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə də imzalanıb.

Maraqlıdır ki, Azərbaycan dövlət başçısının Almaniyaya səfəri qonşu Rusiyada kəskin narahatlıq doğurub. Dövlət Dumasının gənc deputatı Aleksandr Tolmaçev Azərbaycanın guya Ermənistanın yolunu tutmaq niyyətində olduğunu uydurub. Həmin deputat Azərbaycanı hədələməyə davam edərək, “Təəssüf ki, Azərbaycan Ukrayna və Ermənistanın səhvlərindən dərs çıxarmır” kimi normal siyasətçiyə yaraşmayan açıqlama verib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu "Bakupost"2a bildirib ki, Azərbaycan müstəqil dövlətdir, öz milli maraqlarını və inkişaf perspektivlərini hansı tərəfdaşla davam etdirəcəyinə də özü qərar verir:

“Bu günə qədər göstərilən fəaliyyəti analiz etsək görəcəyik ki, Azərbaycan çoxtərəfli, çoxvektorlu əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə malikdir. Bu Azərbaycanı həm inkişafa, həm ərazi bütövlüyünü bərpa etməyə, həm də dünya siyasətində söz sahibi olmağa qədər gətirib çıxarıb. Almaniya Avropa İttifaqının lokomotiv ölkəsidir, birinci iqtisadiyyatıdır. Müasir texnologiyaları, innovativ yenilikləri iqtisadiyyata tətbiq etməyi bacarır və belə bir əməkdaşlıq ölkəmizin strateji maraqlarına uyğundur. Nəzər salsaq görəcəyik ki, Berlinlə Bakı arasında imzalanan strateji tərəfdaşlıq haqqında sənəddə elm və təhsildən tutmuş, iqtisadiyyata, müasit texnologiyadan tutmuş, hərbi təhlükəsizliyə, yaşıl enerjidən tutmuş karbohidrogen ehtiyatlara qədər geniş spektrdə əməkdaşlıqdan söhbət gedir”.

Həmsöhbətimizin sözlərinə görə, rusiyalı deputatı və onu yönləndirənləri Azərbaycanın Rusiyanın bacarmadığını edərək, Almaniya ilə yaxşı münasibət qurması qıcıqlandırıb:

“Hansı ki, Rusiya çox istərdi ki, Almaniya ilə belə münasibətlər qursun. Amma alınmadı. Ona görə də Rusiyanın edə bilmədiyini Azərbaycanın etməsi görünür Aleksandr Tolmaçevi, ya da ona tezis göndərənləri narahat edib. Məsələ ondadır ki, göndərilən tezisləri Tolmaçev primitiv şəkildə ifadə edərək, Azərbaycanı Ukrayna və Ermənistanla müqayisə edib. Halbuki bunu Tolmaçevə tezis olaraq göndərənlərin özləri də cəsarət edib, belə bir müqayisə apara bilməzlər”.

H.Babaoğlu düşünür ki, bunu Duma deputatının gəncliyinə bağışlamaq olar:

“O hələ ilk növbədə nəyə görə soyadının Tolmaçev olduğunu öyrənməlidir. Yəni Dolmaçıdır, ilk növbədə qıpçaq əcdadlarının kimliyinə bələd olmalıdır. Ardınca da tədricən siyasəti öyrənməlidir. Beləliklə gələcəkdə dərk etmək imkanları artdıqca, səhvləri də azalar”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar