Ru
15:11 / 01 Sentyabr 2026

Prezident niyə “İstisu”yu özü ilə aparıb?

Prezident niyə “İstisu”yu özü ilə aparıb?
Eye

Bişkekdə Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşündən əvvəl maraqlı anlar yaşanıb. Belə ki, Pezeşkiana Gürcüstan istehsalı olan “Borjomi” suyu təqdim edilərkən İlham Əliyev masadakı Azərbaycan sularına diqqət çəkərək, həmkarına “İstisu”dan içməyi təklif edib və suyu özü ilə gətirdiyini bildirib.

Bu görüntülər isə sual doğurur: yüksək səviyyəli dövlət rəsmiləri xarici səfərlərdə istifadə etdikləri suyu özləri ilə aparırlar, yoxsa bu, təhlükəsizlik protokolları ilə bağlı xüsusi tədbirdir?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva bu jestdə həm səmimi qonaqpərvərlik, həm Kəlbəcər “İstisu”yunun tanıdılması, həm də yumşaq güc elementləri görünür deyib:

“Bunu Gürcüstan suyuna qarşı siyasi irad kimi qiymətləndirmək düzgün olmaz. Prezident və baş nazirlər bütün səfərlərdə mütləq öz sularını aparmırlar. Adətən səfərdən əvvəl protokol və təhlükəsizlik qrupları içkilərin markası, qazlı, yaxud qazsız olması, temperaturu, qida rejimi və tibbi məhdudiyyətlər barədə ev sahibi tərəfə məlumat verir”.

Politoloq bildirib ki, təqdim edilən məhsullar möhürlü olur və mühafizə-tibb heyətinin nəzarətindən keçir:

“Bəzi liderlər təhlükəsizlik, sağlamlıq və alışqanlıq səbəbilə öz sularını, hətta ərzaq, eləcə də aşpazlarını apara bilirlər. Lakin bu, universal qayda deyil və belə prosedurların detalları açıqlanmır. Deməli, məsələ yalnız təhlükəsizlik deyil, eyni zamanda şəxsi zövq, sağlamlıq, rahatlıq, milli brendin təqdimatı və diplomatik simvolizm də rol oynayır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar