Ru
16:35 / 25 Avqust 2026

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
Eye

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Bakupost" sərəncamın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 502 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və preambulada “Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının” sözləri “Elbəydaş filiz yatağının” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “Qaşqaçay” sözü “Elbəydaş” sözü ilə əvəz edilsin və həmin hissədən “, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə” sözləri çıxarılsın;

1.3. 3.2-ci bənddə “yataqların” sözü “yatağın” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq imzalanmış müqavilələrə xitam verilməsi və ya onlarda dəyişiklik edilməsi ilə bağlı məsələləri həll etsinlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar