Ru
10:34 / 28 Sentyabr 2026

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
Eye

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

"Bakupost" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib:

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

“ədliyyə general-mayoru” ali hərbi rütbəsi

Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar