Ru
13:13 / 31 Avqust 2026

Prezident və birinci xanıma verilən hədiyyə nədir? - FOTO

Prezident və birinci xanıma verilən  hədiyyə nədir? - FOTO
Eye

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib.

"Bakupost" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva "Manas" beynəlxalq hava limanında qarşılanıblar.

Qarşılanma mərasimi zamanı Prezident və birinci xanıma verilən oyuncaq hədiyyələr diqqət çəkib.

Məlumata görə, sözügedən oyuncaq Qırğızıstanın milli simvolu və VI Dünya Köçəri Oyunlarının rəsmi simvolu olan qar bəbiridir.

Qədim qırğız xalqının mədəniyyətində qar bəbiri böyüklük, nəciblik, cəsarət və dözümlülük simvolu sayılır.

2024-cü ildə BMT Baş Assambleyası qar bəbirinin ümumi ekosistemdəki rolunu nəzərə alaraq, onların mühafizəsi səylərini dəstəkləmək üçün beynəlxalq və regional əməkdaşlığı gücləndirmək üçün 23 oktyabr tarixini Beynəlxalq qar bəbiri günü elan edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar