Cənubi Koreyanın keçmiş ədliyyə naziri Park Sonq Çje 25 il həbs cəzasına məhkum edilib.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə onu keçmiş prezident Yun Sok-Yolun hərbi vəziyyət tətbiq etmək cəhdləri ilə əlaqədar üsyanda günahkar bilib.
Pak daha əvvəl 2024-cü ilin dekabrında hərbi vəziyyət elan edildikdən sonra yüksək vəzifəli şəxslərin iclasını çağırdığına görə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub.
Xatırladaq ki, Cənubi Koreya məhkəməsi ölkənin keçmiş prezidenti Yun Sok-Yolu üsyana cəhd işində günahkar bilib. Keçmiş dövlət başçısı 2024-cü il hadisələri ilə bağlı ittihamlara əsasən ömürlük həbs cəzasına məhkum edilib.
Rüfət Sultan, BakuPost