Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm yenidən sosial şəbəkələrdə gündəm olub.
Bakupost.az xəbər verir ki, hərbi mövzuda çəkilmiş rəsm SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqunun həyat yoldaşı Rozalina Sviquna hədiyyə edilib.
Şəkildə qırmızı mürəkkəblə “Əziz və çox qiymətli Roza xalaya İlhamdan. 1969-cu il” sözləri yazılıb.
Rəsm barədə illər sonra general Sviqunun nəvəsi Violetta Niçkova paylaşım edib.