İrlandiya Prezidenti Ketrin Konnollinin bacısı Qəzzaya gedən Sumud donanmasının gəmisində saxlanılıb və İsrailə aparılıb.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
“Mən İsrail qüvvələri tərəfindən saxlanılan bacım Marqaret Konnolli ilə çox fəxr edirəm. O, donanmada saxlanılan altı İrlandiya vətəndaşından biridir”, - prezident bildirib.
Qeyd edək ki, dünən İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardım adı altında Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlamışdı.