Ru
18:59 / 05 İyun 2026

Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE

Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE
Eye

Prezident İlham Əliyev bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edib.


Onlardan biri də 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Quliyev Zakir Bəybala oğludur.

Bakupost.az Oxu24.az-a istinadla xəbər verir ki, Zakir Quliyev 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

O,1 aprel 1966-cı ildə Sabirabad rayonunda anadan olub.

1991-ci ildə Novoçerkask Mühəndis Meliorasiya İnstitutunu, 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.


1986-1991-ci illərdə Azərbaycan Respublikası Kənd Tikinti İstehsalat Birliyinin Sabirabad 8 saylı İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş dəstəsində fəhlə, iş ustası, mühəndis, baş mühəndis, 1991-1998-ci illərdə həmin idarənin rəisi vəzifəsində işləyib.



1998 - 2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (əvvəllər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi yanıda Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi) Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifələrində işləyib.

2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir. • Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

2018-ci ildə «III dərəcəli Əmək ordeni» ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar