Ru
18:46 / 19 Avqust 2026

Prokuror Qalib Bayramova cəza istədi

Prokuror Qalib Bayramova cəza istədi
Eye

İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Bakupost" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Qalib Bayramovun 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə və 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti məhkəmə prosesi sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramov Qubad İbadoğlunun qardaşıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar