Qazax Rayon Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bu gün baş verib.
Tovuz rayon sakini 1995-ci il təvəllüdlü R.Qarayevin xəstəxanada meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırmaya başlanılıb.