Ru
14:17 / 23 Yanvar 2026

PUA hücumları Rusiyada təlaş yaratdı – Zavod, neft bazası vuruldu

PUA hücumları Rusiyada təlaş yaratdı – Zavod, neft bazası vuruldu
Eye

Ötən gecə Rusiyanın bir neçə regionunda PUA hücumları ölkə sənayesinə ciddi ziyan vurub.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisələr arasında ən təhlükəlisi Voro¬nej vilayətindəki kimya zavoduna yaxın ərazilərdə baş verib.

Qubernator Aleksandr Qusevin verdiyi məlumata görə, düşən PUA qalıqları bir fərdi evin damını yandırıb, sakinlər qorxu içində evlərini tərk etmək məcburiyyətində qalıblar. Bildirilir ki, hücumların hədəfi Rossoş şəhəri ərazisindəki “Minudobreniya” kimya zavodu olub. Zavodda istehsal olunan ammonium nitrat Rusiya müdafiə sənayesində istifadə edilən sənaye və hərbi təyinatlı partlayıcı maddələrin istehsalında əsas xammallardan biri hesab olunur. Zavod sonuncu dəfə ötən ilin dekabrında hücuma məruz qalmışdı. “Minudobreniya” “Roskhim” holdinqinin sahibi, milyarder Arkadiy Rotenberqlə məxsusdur.

Həmin saatlarda Penza vilayətində neft bazasına da PUA hücumu olub. Qubernator Oleq Melniçenko bildirib ki, hücum nəticəsində yerli neft anbarı sahəsində yanğın baş verib. “Rosrezerv”ə aid neft anbarında xam neft və neft məhsulları saxlanır. Həm mülki enerji təminatı, həm də hərbi və sənaye məqsədləri üçün istifadə olunan yanacaq ehtiyatlarının saxlandığı baza Rusiyanın əsas infrastrukturlarındandır. Yanğın zamanı baza çənləri zədələnib. Alovu söndürmək üçün 46 yanğınsöndürən və 14 texnika səfərbər olunub.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar