Ru
15:56 / 22 Oktyabr 2026

Pulumuzu banka qoyarkən nəyə diqqət etməliyik?

Pulumuzu banka qoyarkən nəyə diqqət etməliyik?
Eye

Azərbaycanda vətəndaşların pullarını banklarda depozitə (əmanətə) yatırması həm hüquqi, həm də iqtisadi cəhətdən müəyyən qaydalar və dövlət təminatları ilə tənzimlənir.

Vətəndaşlar öz vəsaitlərini əsasən banklarda depozitə yatırırlar. Pulu depozitə yatırtmaq- şəxsin öz sərbəst pul vəsaitini müəyyən müddətə və razılaşdırılmış faiz qarşılığında banka saxlamaq üçün təhvil verməsidir.

Bəs vətəndaşlar pullarını depozitə yatırtmaq istəyərkən daha çox nəyə diqqət yetirməlidir?

İqtisadçı ekspert Fuad İbrahimov “Bakupost”a bildirib ki, hazırda əksər banklarda depozitdə olan kapital müəyyən məbləğdə sığortalanır:

“Bu mənada pullarını depozitə yatırtmaq istəyənlər ilk növbədə depozitin sığortalanıb, sığortalanmamasına diqqət yetirməlidirlər. Burada vacib məqam vəsaitin sığortalanmasıdır. Bu isə kapitalın məbləği və bank faizindən asılıdır. Digər tərəfdən, elə banklar var ki, sığorta göstəriciləri onların depozitlərini əhatə etmir. İnsanlar bu məsələlərə diqqət yetirsələr, pullarını depozitə yatırtmaqda hər hansı bir problemləri olmayacaq”.

Müsahibimizin sözlərinə görə, vəsaitləri depozitə yatırarkən bankların keyfiyyət göstəricilərinə də diqqət yetirmək lazımdır:

“Dayanıqlı banklarımız var. Hansı ki, bu banklar vətəndaşların nəinki depozitlərinin qorunması, eyni zamanda təhlükəsizlik təminatı, kibercinayətkarlığın qarşısını almaq sahəsində də üstün göstəricilərə malikdirlər. Bütün qaydalar hamı üçün eynidir. Sadəcə olaraq, müxtəlif banklar müxtəlif faiz dərəcələrini təklif edir. Təkliflər də 10 faiz daxil olmaqla sığorta hissəsinə düşür, həmin faizdən yuxarı məbləğlər isə sığortaya düşmür”.

Ekspert qeyd edir ki, banklar manatla olan depozitlərə daha yüksək faiz verir:

“Ona görə bu amilə də diqqət yetirmək gərəkdir. Digər valyutalarda isə dəfələrlə aşağı faiz təklif olunur”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar