Ru
12:45 / 16 Avqust 2025

Putin Alyaskada bu səhvi etdi - The Telegraph

Putin Alyaskada bu səhvi etdi - The Telegraph
Eye

“Putin və Trampın birgə mətbuat konfransında Ukraynada atəşkəslə bağlı heç bir söz deyilmədi. Əvəzində, Putin açıq şəkildə bildirdi ki, əgər Ukrayna məsələsi olmasaydı, Vaşinqtonla Moskva arasında əla münasibətlər ola bilərdi”.

Bakupost.az xəbər verir ki, “The Telegraph” nəşri Alyaska görüşündən sonra prezidentlərin qısa açıqlamalarını belə şərh edib.

"Putin ilk olaraq çıxış etdi. Sanki bu çıxış bir il əvvəl yazılmışdı. O, Trampla mümkün qədər çox ortaq nöqtə göstərməyə çalışdı. Kreml rəhbərinin fikrincə, bu görüş iki ölkə arasında "yeni mərhələ"nin başlanğıcı oldu", - deyə nəşr yazıb.

“The Telegraph” qeyd edib ki, Putin mətbuat konfransında “Ölkələrimiz üçün yeni bir səhifə açmaq vacibdir” deyib:

"O, Co Baydeni sərt tənqid edərək bəyan edib ki, əgər 2022-ci ildə prezident Tramp olsaydı, Ukrayna ilə müharibə olmazdı.

Bütün bunlar həm çox aydın, həm də məyusedici idi.

Tramp isə öz qısa cavabında Putini “boss” (rəhbər) adlandırdı ki, bu da zalda çaşqınlıq yaratdı. Bu, Putinin müharibəyə görə məsuliyyət daşımasını gözləyənlərin eşitmək istədiyi bir şey deyildi".

Sonra Putin deyib: “Ümumilikdə mən prezident Tramp ilə razıyam ki, təbii olaraq, Ukraynanın təhlükəsizliyi də təmin olunmalıdır”.

"The Telegraph" bunun Putinin ağzından çıxan bir səhv ola biləcəyini qeyd edir. Çünki o, adətən Ukraynanın müstəqil, suveren dövlət kimi mövcudluğunu inkar edir. "Bu nadir bir hal idi, amma ciddi əhəmiyyət daşımırdı", - deyə nəşr bildirir.

Putinin ABŞ torpağında qəbuluna gəlincə, nəşr qeyd edir ki, Ağ Ev əsl teatr səhnəsi qurdu: yerdə qırmızı xalça, havada beş hərbi təyyarənin uçuşu.

“Amerika əsgərlərinin Putinin təyyarəsi qarşısında diz çökərək qırmızı xalçanı düzəltməsi — bir çoxlarını dəhşətə gətirəcək mənzərədir,” – deyə qəzet yazır.

Materialda qeyd olunur ki, bu "sirk" sona yaxınlaşarkən, Putinə ABŞ prezidentindən bir “əl sıxma” almaq nəsib oldu.

Aysel,
BakuPost

Şərhlər
  • Bir Sovet (məsləhət) Kolxozdarı

    Kreml 1986-87ci illərdən Korifəyləri heç bir ideoloji-iqtisadi islahat-çıxış yolu seçə bilməyib, tam istefa verib, tarixi Neytral seçkilər əvəzinə nisbi bərabər-adekvat hüquqi sosializmdən tam geri-özələ keçidlə yüksək tarixi Şəxsiyyət adı naminə 15 SSRİ və 14 SD ölkələrini VHM və Sosialist Bazarı ilə təslim ediblər. Yeni RF Kremli də naməlum-özəl qərbə rəqib MDB və daha geniş birlik naminə əski və potensial üzvləri cəlb etmək əvəzinə önlara qarşı məkrli-separat, ya aşkar təxibat və açıq hərbi tətbiqlərlə son SSRİ Krenlinə oxşar YAD, yəni baş məramın tam tərsinə siyasət yeritmiş görünür? Uca Allah, Tanrı ədalətə, insafa doğru zehin aydınlığı versin.

  • Turksoy

    Putinin başı çaşıb,ya özü gedəcək ,ya da aradan götücəklər.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar