Ru
13:06 / 19 May 2026

Putin Çin xalqına video müraciət etdi: “İttifaqımız kiməsə qarşı deyil”

Putin Çin xalqına video müraciət etdi: “İttifaqımız kiməsə qarşı deyil”
Eye

Rusiya Prezidenti Vladimir Putin Çinə gözlənilən səfərindən öncə Çin xalqına video müraciət edib.

Bakupost.az xəbər verir ki, Putin hazırda ölkələri arasında əlaqələrin görünməmiş həddə çatdığını deyib.

O bildirib ki, hazırda ticarət dövriyyəsi 200 milyard dolları keçib. Ödənişlərin çoxu isə rubl və yuanla aparılır.

Rusiya ilə Çinin gələcəyə inamla baxdığını söyləyən Putin xalqların daha da yaxınlaşmasını istədiklərini vurğulayıb.

Bu səbəbdən viza rejiminin sadələşdirildiyini xatırladıb. O bildirib ki, Rusiya ilə Çinin ittifaqı heç kimə qarşı yönəlməyib:

“Məqsəd sülh və ümumi rifahdır. Bu əməkdaşlıq qlobal səviyyədə önəmlidir. Dünyanın taleyində stabil və güclü rol oynayır. Moskva və Pekin beynəlxalq hüququ müdafiə edir.

BMT prinsiplərinə sadiq qalırlar”.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar