Ru
14:11 / 17 İyul 2026

Putin daşqında 23 nəfəri xilas edən autizimli gənci mükafatlandırdı - VİDEO

Putin daşqında 23 nəfəri xilas edən autizimli gənci  mükafatlandırdı - VİDEO
Eye

Rusiya Prezidenti Vladimir Putin Dağıstanda daşqın zamanı 23 nəfərin həyatını xilas edən Şamil Ustarbekovu mükafatlandırıb.

“Bakupost” xarici KİV-ə istinadla xəbər verir ki, autizm spektr pozuntusu olan 19 yaşlı gənc güclü axına baxmayaraq, heç bir təhlükəsizlik vasitəsi olmadan suya girərək insanları xilas edib. O, kömək səslərini eşidən kimi suya atılaraq, axının apardığı şəxsləri bir-bir çıxarıb.

Qəhrəmanlığına görə Şamil Ustarbekov “Hər şey Qələbə üçün” forumunda xüsusi mükafatla təltif olunub.

Putin bildirib ki, həmin gənclə şəxsən söhbət edib və ondan qorxub-qorxmadığını soruşub:

“Dedim, qorxdunuz? Dedi ki, bir az”.

Dövlət başçısı vurğulayıb ki, belə hallarda qorxu hissi normaldır, lakin insanların gücü çətinliklərin öhdəsindən gəlməkdədir.

Xatırladaq ki, bu ilin martında baş verən güclü daşqınlar Dağıstanda son 100 ilin ən böyük təbii fəlakətlərindən biri kimi qiymətləndirilib.

Lalə,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar