Ru
16:22 / 01 Avqust 2025

Putin: Əgər Kiyev danışıqları yersiz hesab edərsə...

Putin: Əgər Kiyev danışıqları yersiz hesab edərsə...
Eye

Moskva səbir göstərməyə və Ukraynanın ölkələr arasında münaqişənin həlli yollarını müzakirə etmək üçün birbaşa danışıqları davam etdirməyə hazır olacağı vaxtı gözləməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu sözləri Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Kareliyadakı Valaam adasında keçirdiyi qeyri-rəsmi görüş zamanı deyib.

Xatırladaq ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu baş tutub. Tərəflər atəşkəslə bağlı memorandumları müzakirə ediblər, lakin iki nümayəndə heyəti arasındakı görüş bir saatdan az davam edib. Bu danışıqlar zamanı ciddi irəliləyiş əldə olunmayıb.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar