Ru
19:49 / 31 İyul 2025

Putin Ermənistanla bağlı qanun imzaladı

Putin Ermənistanla bağlı qanun imzaladı
Eye

Rusiya Prezidenti Vladimir Putin İrəvanla Ermənistan-Rusiya Universitetinin fəaliyyəti haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bakupost.az xəbər verir ki, saziş 2024-cü ilin dekabrında Moskvada imzalanıb və Rusiya hökuməti onu 2025-ci ilin iyulunda parlamentin aşağı palatasına təqdim edib.

Sənəd universitetin yaradılması və fəaliyyətinin şərtləri haqqında 1997-ci il müqaviləsini əvəz edir və izahat qeydinə əsasən, universitetə aid hüquqi tənzimləmənin davamlılığını təmin edir.

Əlavə olunmuş materiallarda o da qeyd olunur ki, sənəd Ermənistan-Rusiya Universitetinin pedaqoji, elmi, təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.

Saziş Rusiya Federasiyasının “Ermənistan və qlobal humanitar məkanda müsbət imici”ni gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, Ermənistan-Rusiya Universiteti 1997-ci ildən İrəvanda fəaliyyət göstərir. Müəssisə rus və erməni dillərində təhsil verir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar