Ru
12:15 / 09 Oktyabr 2026

Putin İlham Əliyevi Rusiyaya dəvət etdi

Putin İlham Əliyevi  Rusiyaya dəvət etdi
Eye

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni il öncəsi qeyri-rəsmi sammitə dəvət edib.

"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, Rusiya lideri qeyri-rəsmi sammitdə bir sıra məsələlərin müzakirəsi üçün imkanın yaranacağını deyib.

“Əlbəttə, yaxşı ənənəyə sadiq qalaraq, əziz dostlar, hamınızı dekabrın 21-də ənənəvi qeyri-rəsmi, dostluq görüşü üçün toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm”, – Putin MDB liderlərinin Türkmənistanda keçirilən qapalı görüşündə bildirib.

Rusiya Prezidenti Yeni il öncəsi görüşün gündəliyinə də toxunub: “Bütün cari və gələcək məsələləri müzakirə edə bilərik”.

Xatırladaq ki, MDB liderlərinin Türkmənistanda keçirilən görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar