Ru
14:23 / 30 İyul 2026

Putin-Paşinyan görüşü nəyi dəyişəcək? – İrəvan çətin durumda

Putin-Paşinyan görüşü nəyi dəyişəcək? – İrəvan çətin durumda
Eye

Ermənistan baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiya Prezidenti ilə görüşəcək.

“Evronews”un məlumatına görə, bu barədə Paşinyanın özü məlumat versə də, konkret vaxtı söyləməyib.

Qeyd edək ki, iki gün öncə Paşinyan Putinlə telefonla danışıb. Danışıqlarda görünən odur ki, Paşinyan əsas diqqəti Rusiyanın Ermənistan mallarına qoyduğu məhdudiyyətlərin götürülməsinə yönəldib. Putin isə konkret cavab verməyib.

Siyasi şərhçi Mehman Əliyev Bakupost.az-a bildirib ki, görüşdə ikitərəfli münasibətləri müzakirə edəcəklər:

“Tərəflər yaxın gələcək üçün münasibətlərin hansı formatda qurulmasına, işlərin kordinasya olunmasına baxacaqlar.
Ermənistanda maraqlı proseslər gedir. Seçkidən sonra Paşinyan müxalifətə qarşı hərəkətə keçib. Ölkədə özəlləşdirmə məsələlərinə yenidən baxılır. Bir qrup insan tərəfindən mənimsənilən sərvətlər geri qaytarılır. Hesab etmirəm ki, bu addımlar Rusiyanın maraqlarına toxunur”.

Müsahibimiz hesab edir ki, Paşinyanla Putin arasında səmərəli münasibət və əməkdaşlıq davam etdiriləcək:

“Rusiyanın Ermənistandan gətirilən məhsullara məhdudiyyət qoymasına baxmayaraq, burada heç bir problem görmürəm. Paşinyanla Putin arasında səmərəli münasibət və əməkdaşlıq davam etdiriləcək. Rusiya erməni məhsullarına iyun seçkilərindən qabaq sanksiya tətbiq etmişdi. Bu isə nəticə olaraq seçkilərdə Paşinyanın mövqeyini daha da gücləndirdi”.

M. Əliyevin sözlərinə görə, bu görüşlə Ermənistan məhsullarına qoyulan qadağa da ləğv ediləcək:

“Düşünürəm ki, Kreml həmin məhdudiyyətləri bilə-bilə edib. Ona görə də Paşinyanla Putin arasında görüşlə sözügedən məhdudiyyətlərin də aradan götürüləcəyini zənn edirəm. Danışıqlar nəticəsində hər şey qaydaya düşəcək”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar