ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün fəaliyyətlərini davam etdirəcək.
Bakupost.az xəbər verir ki, o, BBC jurnalisti ilə söhbətində bildirib.
Söhbət zamanı o qeyd edib ki, Ukraynadakı münaqişənin həllinin hamısından “asan” olduğunu düşünürmüş, lakin liderlər arasında “qarşılıqlı düşmənçilik” səbəbindən vəziyyət mürəkkəbləşib:
“Mən deyirdim, bu, hamıdan asan münaqişə olmalıdır, çünki mən Vladimir Putinlə çox yaxşı anlaşıram . Bununla belə, vəziyyət mürəkkəbdir, çünki onunla Vladimir Zelenski arasında çoxlu nifrət, çoxlu kin var”.