Ru
14:30 / 24 İyul 2026

Putin Rusiyanı sürətlə məhv aparır: Moskva çarəsiz qalıb

Putin Rusiyanı sürətlə məhv aparır: Moskva çarəsiz qalıb
Eye

ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla Filippinin paytaxtı Maniladakı görüşdə Ukrayna münaqişəsinə toxunarkən bildirib ki, regionda dayanıqlı sülhün bərqərar olunması üçün artıq köhnə yanaşmalardan əl çəkmək, tamamilə yeni ideyalar və təkliflər irəli sürmək lazımdır.

Rusiya isə son zamanlar 2025-ci ilin avqustun 15-də Trampla Putin arasında Ankoricdə imzalanan razılaşmanı önə çıxarmağa çalışır. Rusiya rəsmiləri ABŞ ilə əldə olunan həmin prinsiplərin tam icrasından daha çox fərqli nəticələr gözlədiklərini bildiriblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ni nəzərdə tutaraq, deyib ki, tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil.

Qeyd edək ki, Ankoricdə liderlər arasında hansı razılığın əldə olunduğu indiyə qədər açıqlanmayıb. Bununla belə ekspertlər hesab edirdilər ki, söhbət konfliktin dondurulması və Donbasın tam olaraq Rusiyanın tərkibinə verilməsindən gedib. Ukrayna isə bununla razılaşmayıb. Trampın özü isə belə razılığın olduğunu inkar edib.

Görəsən, Rubio köhnə yanaşmalardan əl çəkmək, tamamilə yeni ideyalar və təkliflər irəli sürməyin lazım olduğunu deməklə nələri nəzərdə tutub?

Politoloq Natiq Miri “Bakupost”a bildirib ki, Rubio bu açıqlaması ilə cəbhədəki mövcud vəziyyət və reallığın anlanılması və ona uyğun davranılmasının vacibliyini qeyd edib:

“Əvvəlki danışıqlarda Rusiya müharibədə özünün dominant və qalib gələn tərəf olduğunu iddia edirdi. Belədə, müharibəni dayandırmaq Rusiyanın ən böyük güzəşti kimi təqdim olunurdu. İndiki vəziyyət isə bunun əksini diqtə edir. Cəbhədə Rusiyanın irəliləyişi dayanıb, itkiləri çoxalıb. Krımda da Rusiya üçün vəziyyət çox bərbaddır. Yanacaq, enerji, su yoxdur, ərzaq qıtlığı hökm sürür. Təchizat yolları da bağlanıb. Belə vəziyyətdə Rusiyanın böyük iddialarla çıxış etməsi doğru olmadığı kimi, inandırıcı da görünmür”.

Ekspert qeyd edir ki, Ukrayna artıq istənilən yolla atəşkəsi təmin etməkdən Rusiyanı sülhə məcbur etmək taktikasına keçib:

“Belədə Ukrayna Rusiyanı tükəndirir. Kiyev üçün Rusiya ilə bağlı daha arxa cəbhə amili yoxdur. Ukraynanın Rusiyada toxuna bilmədiyi coğrafi məkan qalmayıb. Rubio da dolayısı ilə bu reallıqların qəbul olunmasını istəyir”.

Politoloqun sözlərinə görə, Rubio yeni ideyalar deməklə Rusiyanın böyük iddialardan vaz keçməsini də istəyir:

“Rusiya heç bir vəclə Donbası ala bilmir. Atəşkəs də yalnız təmas xətti üzrə mümkündür. Hətta reparasiya məsələsi də gündəmdədir. Dondurulmuş 300 milyard dollara yaxın vəsait yalnız Ukraynanın bərpasına xərclənə bilər. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gəldiyi nəticəyə görə, cəbhəyə göndərilən rus əsgəri həmin andan yalnız 20-25 dəqiqə ərzində ayaqda dura bilir. Rubionun dedikləri həm də onu göstərir ki, Rusiyanın müharibəni davam etdirmək üçün maliyyə imkanlarına baxanda onun qalib gəlmək imkanlarının “sıfıra” bərabər olduğunu artıq ABŞ-də də anlayıblar. Ancaq Moskva buna razı deyil. Ona görə də daha böyük səfərbərliyə əl atmaq istəyirlər. Bu Rusiyanın başında duran şəxslərin ən böyük faciəsidir. Çünki məhv edilən Rusiya gəncliyidir. Putin sürətlə Rusiyanı məhvə aparır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar