Ru
12:20 / 03 Sentyabr 2026

Putin Rusiyanın ən böyük problemini açıqladı

Putin Rusiyanın ən böyük problemini  açıqladı
Eye

Ukraynadakı “xüsusi hərbi əməliyyat” Rusiyanın demoqrafik vəziyyətində müəyyənedici amil deyil.

"Bakupost" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda deyib.

Onun sözlərinə görə, doğum səviyyəsi hazırda Rusiya üçün əsas problemlərdən biridir.

Rusiya Prezidenti qeyd edib ki, bu məsələ üzərində iş aparılacaq.

Bununla belə, Rusiya Prezidenti ölkəsinin Uzaq Şərq regionunda demoqrafik vəziyyətin Yaponiya və Cənubi Koreya kimi ölkələrdən daha yaxşı olduğunu vurğulayıb.

Putinin fikrincə, Cənubi Koreya və Yaponiya hərbi əməliyyatlar aparmır, lakin onlarda doğum səviyyəsi azalır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar