Ru
13:12 / 29 Aprel 2026

Putin səssiz qala bilmədi - Ukrayna haranı vurdu?

Putin səssiz qala bilmədi - Ukrayna haranı vurdu?
Eye

Ukraynanın Rusiyanın Tuapse şəhərində neft emalı zavoduna zərbələrinin nəticələri o qədər ciddi olub ki, hətta Prezident Vladimir Putin də buna reaksiya verib.


Bakupost.az Savashmedia.az-a ostinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.


“Kreml adətən Ukraynanın Rusiyanın neft infrastrukturuna endirdiyi zərbələrə reaksiya vermir, amma son kampaniyanın təsiri o qədər ciddi olub ki, bu, aprelin 28-də Putin və Peskovun reaksiyalarına səbəb olub”, - institut qeyd edib.


Krasnodar vilayətinin rəhbərliyi aprelin 27-28-də Ukraynanın zərbələrindən sonra bölgədə fövqəladə vəziyyət elan edib və kampaniyanın neftin dağılmasına da səbəb olduğunu açıqlayıb.


Kremlin sözçüsü Dmitri Peskov Tuapseyə zərbəni etiraf etsə də, vurulan obyektlərlə bağlı detalların məxfi saxlanıldığını deyib. O, Ukraynanın Rusiyanın neft infrastrukturuna zərbələrini tənqid edərək, bunların qlobal enerji bazarlarını daha da qeyri-sabit hala gətirəcəyini iddia edib.


ISW-nin məqaləsində deyilir:


“Moskva qlobal enerji böhranından istifadə edərək müharibəni maliyyələşdirmək üçün enerji ixracı gəlirlərini artırmağa çalışdığına görə, Ukrayna Rusiyanın neft infrastrukturuna qarşı zərbə kampaniyasını gücləndirir. Ukrayna ordusunun Rusiyanın dərinliklərinə hücumlarını davam etdirməsi və Rusiyanın hava hücumundan müdafiə sistemlərini həddindən artıq yükləməsi, federasiyanın neft infrastrukturuna və hərbi aktivlərinə qarşı daha tez-tez və daha genişmiqyaslı zərbələr endirməsi ehtimalı yüksəkdir”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar