Ru
19:53 / 02 Dekabr 2025

Putin: Tankerlərə hücumlara cavab olaraq bu addımı atacağıq!

Putin: Tankerlərə hücumlara cavab olaraq bu addımı atacağıq!
Eye

Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə Ukraynanın tankerlərə hücumlarını piratçılıq adlandırıb.

Bakupost.az xəbər verir ki, Putin qeyd edib ki, Rusiya tankerlərə hücumlara cavab olaraq Ukrayna limanlarına və onlara hücum edən gəmilərə qarşı zərbələrin dairəsini genişləndirəcək.


"Əgər tankerlərə hücumlar davam edərsə, Ukraynaya kömək edən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərini nəzərdən keçirəcəyik. Ümid edirəm ki, Kiyev və onun arxasında duranlar Qara dənizdə gəmilərə hücumların davam etdirilməsinə dəyib-dəyməyəcəyini düşünəcəklər", - o deyib.

Putin bildirib ki, əgər Kiyev Rusiya gəmilərinə qarşı piratçılığı davam etdirərsə, Rusiya "Ukraynanı dənizdən ayıra" bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar