Ru
17:42 / 17 Oktyabr 2025

Putin və Trampın yeni görüşünü pozmağa cəhd edəcəklər - Serbiya Prezidenti

Putin və Trampın yeni görüşünü pozmağa cəhd edəcəklər - Serbiya Prezidenti
Eye

Serbiya Prezidenti Aleksandr Vuçiç hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin və Donald Tramp arasında keçiriləcək yeni sammitin Budapeştdə baş tutması təsadüfi deyil. O bildirib ki, bir çox Avropa ölkələri bu qərardan məmnun qalmayacaq.

Bakupost.az xəbər verir ki, o bu barədə Serbiya Televiziyasına (RTS) müsahibəsində bildirib.

Vuçiçin sözlərinə görə, yaxın günlərdə “liberal, sol yönümlü Amerika” və bəzi Avropa dövlətləri sammitin keçirilməsinə mane olmaq üçün təzyiq göstərə bilərlər.

“Budapeştin bu görüş üçün seçilməsinə sevinirəm, amma əmin deyiləm ki, digər Avropa mərkəzləri Belqrad qədər sevinəcək. Budapeştin seçilməsi təsadüfi deyil,” – deyə Vuçiç qeyd edib.

O əlavə edib ki, sammitdə prezidentlər təkcə Ukraynada davam edən münaqişənin həlli məsələsini deyil, həm də “dünyanın yeni enerji xəritəsi”ni və böyük dövlətlərin bu resurs bölgüsündə tutacağı mövqeləri müzakirə edə bilərlər.

Qeyd edək ki, bir gün öncə Donald Tramp Vladimir Putinlə Budapeştdə görüşmək niyyətində olduğunu açıqlayıb.

Görüşün dəqiq tarixi hələlik məlum deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, sammit yaxın iki həftə ərzində və ya bir qədər sonra baş tuta bilər.

Gələn həftə yüksək səviyyəli Rusiya və ABŞ rəsmiləri arasında danışıqlar planlaşdırılır.

Ayxan,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar