Ru
23:37 / 12 Avqust 2025

Putin və Zelenski danışıqlar masasına bu şərtlərlə oturacaq: 4 MÜMKÜN SSENARİ

Putin və Zelenski danışıqlar masasına bu şərtlərlə oturacaq: 4 MÜMKÜN SSENARİ
Eye

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada baş tutması gözlənilən görüşü ərəfəsində, rəsmi Kiyevin Putinlə mümkün razılaşmasına dair gələcək sərhədlərlə bağlı dörd ehtimal ssenari açıqlanıb.


Bakupost.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Məlumata görə, ilkin ssenari cəbhə xəttinin dondurulmasıdır. Bu fonda hərbi mövqelər mövcud sərhədlərdə sabitləşir, ərazilərdə əlavə dəyişikliklər olmur.

İkinci ssenari: Bütün Donbasın Rusiyaya verilməsi...

Belə ki, Donetsk və Luqansk vilayətlərinin tam nəzarəti Rusiya Federasiyasına keçir.

Üçüncü məqam genişləndirilmiş ərazi güzəştləridir. Putin Ukraynadan bütün Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin verilməsini tələb edəcək.

Ən son və aşağı ehtimallı ssenari isə ərazilərin dəyişdirilməsidir. Rusiya bütün Donbası alır, əvəzində Ukrayna tam Xerson vilayətini geri qaytarır.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar