Rusiya Prezidenti Vladimir Putin İranın regiondakı münaqişələrin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəklədiklərini və Tehrana kömək etməyə hazır olduqlarını bildirib.
“Bakupost” xəbər verir ki, Putin Türkmənistanın Avaza bölgəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb. O, regiondakı vəziyyətin müzakirənin əsas mövzularından biri olduğunu deyib.
Putin İranın münaqişənin dayandırılması və problemlərin diplomatik yollarla həlli üçün ciddi səylər göstərdiyini, yeni təkliflər irəli sürdüyünü bildirib. O, problemin həllinə kömək etmək üçün əllərindən gələni etməyə hazır olduqlarını vurğulayıb.
Rusiya lideri iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 21%-dən çox artdığını, artımın bu ilin ilk yeddi ayında da davam etdiyini qeyd edib.
Vüsalə Hüseynova,
BakuPost