Rusiya Prezidenti Vladimir Putin Ukrayna əsgərlərinə çağırış edib.
Bakupost.az xəbər verir ki, Putin Ukrayna əsgərlərini Kiyev rejiminin "cinayətlərində iştirak etməməyə və əmrlərə tabe olmamağa" çağırıb.
Putin "Qəhrəmanlar Zamanı" proqramının məzunları ilə görüşdə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Starobelskdəki kollecə hücumu cavabsız qalmayacaq.
"Ttəkcə Xarici İşlər Nazirliyinin açıqlamaları kifayət deyil. Müdafiə Nazirliyi də cavab təkliflərini hazırlamalıdır.
Putin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Starobelsk Peşə Kollecinin tədris binasına və yataqxanasına dron zərbələri nəticəsində 6 nəfər ölüb, 39 nəfər yaralanıb, 15 nəfərin isə taleyi məlum deyil.