Ru
14:17 / 23 Oktyabr 2026

Putindən Ukrayna ilə bağlı sülh mesajı

Putindən Ukrayna ilə bağlı sülh mesajı
Eye

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazır olduqlarını, müvəqqəti atəşkəs əvəzinə hər iki ölkənin təhlükəsizliyini təmin edəcək daimi sülh sazişi istədiklərini bildirib.

“Bakupost” xəbər verir ki, Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündən sonra üçtərəfli danışıqların bərpası barədə razılığa gəldiklərini açıqlayıb.

Putin bildirib ki, danışıqların məqsədi yalnız döyüşləri qısa müddətə dayandırmaq deyil, yekun sülh sazişinə nail olmaq və Rusiya ilə Ukraynanın təhlükəsizliyini təmin etməkdir.

Rusiya lideri Avropanın təhlükəsizlik məsələlərinin də danışıqlarda müzakirə edilməli olduğunu vurğulayıb.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar